Printed From:

İkimizin də maqneziuma
ehtiyacı olduğu
zaman

Magne-B66® preparatı xüsusi olaraq maqnezium
çatışmazlığının tənzimlənməsi üçün nəzərdə tutulub

Hamilə qadınlarda maqnezium çatışmazlığı
zamanı qıcolmalar və tiklər

Baldır, boyun, çiyin və ya bel əzələlərinin qıcolmaları maqnezium çatışmazlığının əsas simptomlarından biridir. Əksər hallarda hamilə qadınlar yalnız gecə qıcolmaları baş verdikdən sonra maqnezium çatışmazlığından xəbər tutur. Göz tikləri, həmçinin, maqnezium çatışmazlığının ilkin əlamətlərindən biridir.

Orqanizmdə maqnezium çatışmazlığı necə tənzimlənməlidir

Maqnezium orqanizmdə istehsal olunmur. Maqnezium qida və ya vitamin-mineral komplekslər ilə orqanizmə daxil olaraq mənimsənilir. Qoz, badam və həmçinin, kəpək və lobya maqnezium ilə ən zəngin qida məhsulları hesab edilir. Lakin, onu da nəzərə almaq lazımdırki, əksər kənd təsərrüfatı bitkiləri gübrənin istifadəsi ilə becərilir və nəticədə qida məhsullarının tərkibində maqneziumun miqdarı azalır.

Geri qayıtmaq

Hamilə qadınlara nə üçün
Magne-B6® lazımdır?

Hamilə qadınlarda dölün böyüməsi və inkişafı ilə bağlı olaraq maqneziuma olan tələbat 2-3 dəfə artır.

Hamiləliyin müddətinin artması ilə orqanizmdə maqneziumun miqdarı azalır, bu da hamiləliyin maqneziumun fizioliji çatışmazlığı vəziyyəti kimi qiymətləndirilməsinə imkan yaradır.
Ananın orqanizmində maqneziumun miqdarının lazımi səviyyədə saxlanılması hamiləliyin düzgün qaydada sona çatdırılmasının və sağlam uşağın dünyaya gəlməsinin təməlini yaradır.

Uşaqlığın hipertonusu zamanı maqnezium

Əksər ginekoloqlar hamiləlik zamanı uşaqlığın saya əzələlərinin tonusunun yüksəlməsini normal hal hesab edir. Bəzi hallarda qeyd olunan vəziyyət təhlükəsizlik sərhədlərini keçərək düşük təhlükəsinə səbəb ola bilər. Sübut edilmişdir ki, maqnezium uşaqlığın saya əzələlərini boşaldaraq dölə heç bir toksik təsir göstərmir.

Maqneziumun cift üçün olan əhəmiyyəti

Gələcək uşağın sağlamlığını təmin edən ciftin tərkibində 100-dən artıq zülal komponentləri vardır ki, onların maqneziuma tələbatı çox yüksəkdir.
Plasentanın sintez etdiyi hormonların və zülalların əksəriyyəti maqnezium-asılıdır

Maqnezium - stressdən müdafiə

Maqneziumun əsas funksiyalarından biri - sinir sisteminin müdafiəsidir.Maqnezium çatışmazlığı narahatlıq, əsəbilik, yuxusuzluq və baş ağrıları ilə nəticələnir. Həmçinin,sübut edilmişdir ki, maqnezium çatışmazlığı zamanı stress hətta xarici qıcıqlandırıcı faktorlar olmadan inkişaf edir.

Geri qayıtmaq

Orqanizmdə maqnezium çatışmazlığı
necə tənzimlənməlidir

Maqnezium orqanizmdə istehsal olunmur. Maqnezium qida və ya vitamin-mineral komplekslər ilə orqanizmə daxil olaraq mənimsənilir. Qoz, badam və həmçinin, kəpək və lobya maqnezium ilə ən zəngin qida məhsulları hesab edilir. Lakin, onu da nəzərə almaq lazımdırki, əksər kənd təsərrüfatı bitkiləri gübrənin istifadəsi ilə becərilir və nəticədə qida məhsullarının tərkibində maqneziumun miqdarı azalır.

Həmçinin, məhsulların emalı zamanı onların tərkibindəki maqneziumun səviyyəsi nəzərəçarpan dərəcədə azalır. Məsələn, taxılın una, çörəyə və makaron məmulatlarına emalı zamanı 80-95% maqnezium itirilir, qarğıdalı konservləşdirmə zamanı 60% maqnezium itirir, qarğıdalı unu isə -71%. Hamilə qadının maqneziumun gündəlik normasını (400 mq) təmin etmək üçün 287 qr cilalanmamış (quru), 703 qr isə cilalanmış düyünün istifadəsi gərəkdir. Nəticədə hamilə qadının orqanizminin maqneziuma olan tələbatı maqneziumun qida ilə daxil olunması ilə müqayisədə daha yüksək olur və gələcək ananın orqanizm tərəfindən yaxşı mənimsənilən əlavə maqnezium mənbəyinə ehtiyacı yaranır.

Maqneziumun yüksək mənimsənilən orqanik duzu ilə pridoksinin (В6) kombinasiyası qeyd olunan problemin həlli olaraq meydana çıxır.

Maqneziumun orqanizmdə saxlanılması üçün müəyyən "fiksator" lazımdır ki, o da В6 vitamini (piridoksin) ola bilər. В6 suda həll olunan vitaminlərə aiddir ki, onlar da yağda həll olunan vitaminlərdən fərqli olaraq orqanizmdə toplanmır

Müntəzəm sağlam qidalanma orqanizmdə maqneziumun səviyyəsinin saxlanılmasını təmin edir.

Lakin, çatışmazlığı aradan qaldırmaq üçün həkimin məsləhəti ilə maqnezium tərkibli preparatın qəbulu mütləqdir.

Maqnezium preparatı stressin fiziki və, həmçinin, emosional təzahürlərini aradan qaldıraraq Sizi, yaxınlarınız ilə daha da yaxınlaşdırır. Maqneziumun qəbulu iş qabiliyyətini yaxşılaşdıraraq sevimli işdən həzz almağa və qoyulan məqsədlərə çatmağa imkan yaradır.