Printed From:

Rəsmi xəbərdarlıq

Bu səhifədə, http://magneb6.ua/ veb-səhifəsini (bundan sonra-Sayt) ziyarət edən İnternet şəbəkəsinin bütün istifadəçiləri üçün nəzərdə tutulan Qayda və şərtlərin təsviri verilib. Sayta daxil olmaqla siz bu Qayda və şərtlərə qeyri-şərtsiz əməl etməyi qəbul edirsiniz. Nəzərə alsaq ki, Qayda və şərtlər ilkin xəbərdarlıq olmadan istənilən vaxt dəyişdirilə bilər, biz sizə onlarla müntəzəm əsasda tanış olmağı tövsiyə edirik.

Bu sayt “Sanofi” Şirkətlər qrupuna daxil olan Sanofi-Aventis Group şirkətinin Azərbaycandakı nümayəndəliyinə (bundan sonra Sanofi) məxsusdur və dəstəklənir. Ümumi görünüş, saytın bütün tərkib elementləri, mal və xidmətlərin nişanları, loqotiplər, Saytda qeyd edilən domen adları Sanofi-Aventis Group şirkətinin Azərbaycandakı nümayəndəliyinin və ya“Sanofi” Şirkətlər qrupunun digər şirkətlərinin (bundan sonra Hüquqi sahib) mülkiyyət hüququnun ayrılmaz tərkib hissələridir və qüvvədə olan əqli mülkiyyət hüququ ilə qorunur, onlardan istifadə lazımi qaydada ilkin icazənin alınmasını tələb edir.

Əqli mülkiyyət hüquqlarına və istənilən digər qeyd edilən hüquqlara riayət olunması şərti ilə yalnız kütləvi informasiya vasitələrində çap edilməsi halları istisna edilməklə, Saytın heç bir tərkib hissəsi Hüquqi sahibin ilkin yazılı razılığı olmadan çoxaldıla, təkrar istehsal edilə, dəyişdirilə, yüklənilə, bənzər versiyaları yaradıla, ötürülə, istənilən üsulla və istənilən daşıyıcı istifadə etməklə, tam və ya qismən yayıla və ya digər formada istismar edilə bilməz. Sürətinin yalnız qeyri-kommersiya məqsədilə yenidən tanış olmaq üçün fərdi kompüterinizdə və ya digər cihazlarda istifadəsinə icazə verilir.

2017 © Sanofi-Aventis Group şirkətinin Azərbaycandakı nümayəndəliyi bütün hüquqlar qorunur.

Saytın elementlərinin icazəli hallarında, sonuncular çevrilə, dəyişdirilə və ya hər hansı bir yolla düzəldilə bilməz. 54 Hüquqi sahib öz əqli mülkiyyət hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək səlahiyyətini özündə saxlayır.

Saytda dərc olunan məlumatlar, xüsusilə, maliyyə xarakterli, sərmaye üçün təşviqi sayıla bilməz. Heç bir halda onu abunə təklifi, açıq şəkildə yerləşdirilməsi və ya abunə üçün dəvət, səhmlərin və ya Sanofi və /və ya "Sanofi" Qrupunun digər şirkətlərinin qiymətli kağızların dəyişdirilməsi kimi qiymətləndirmək olmaz. Sanofi diqqətinizə çatdırır ki, Saytda yerləşdirildiyi halda, maliyyə xarakterli məlumatlar mütəmadi olaraq yenilənir (əgər maliyyə məlumatları interaktiv rejimdə verilirsə).
Sayt müvafiq sahələr üzrə Saytın məzmunu ilə əlaqədar məsləhət üçün müraciət edilən mütəxəssislərin fikirlərini və ya KİV-lərdə dərc edilmiş məqalələrdən çıxarışları təqdim edə bilər. Bu cür informasiya yalnız məsləhət üçün müraciət edilən mütəxəssislərin və ya nəşrin fikirlərini əhatə edir və “Sanofi” Şirkətlər Qruppunun fikirləri ilə üst-üstə düşməyə bilər.

Bu mütəxəssislər “Sanofi” Şirkətlər Qruppunun işçiləri deyildir və onlar “Sanofi” Şirkətlər Qrupunun onların rəyindən istifadə etməsi müqabilində heç bir vəsait almırlar. Şirkət bu cür informasiyanın və rəylərin dəqiqliyi və ya tamlığı üçün heç bir məsuliyyət daşımır. Mütəxəssislərin fikirləri onların şəxsi mövqeyini əks etdirir və bu fikirlər Sanofi və / və ya “Sanofi” Qrupunun digər şirkətlərinin fikirləri və ya məsuliyyəti kimi şərh edilə bilməz.

Sayt, həmçinin, yalnız insanların istifadəsi üçün sağlamlıq, fiziki vəziyyət, səhiyyə və tibbi müalicə sahəsində informasiyanı da əhatə edir. Qeyd edilən informasiya Saytda yalnız məlumat məqsədilə nəşr edilir, həkim məsləhətlərini əvəz etmir. İnformasiya istənilən şərtlər çərçivəsində xəstəlik və ya fiziki problemlərin tibbi diaqnostikası və ya Saytda təqdim edilən dərman preparatlarının yazılması və ya qəbulu üçün istifadə edilməməlidir. İstənilən halda siz həkimə müraciət etməlisiniz.

Sayt vasitəsilə giriş imkanının mövcud olduğu üçüncü tərəfin saytı üçün Sanofi və ya “Sanofi” Şirkətlər qrupu heç bir məsuliyyət daşımır. Biz Şirkət ilə heç bir əlaqəsi olmayan üçüncü tərəfin bu cür sayt üzrə heç bir nəzarət mexanizminə malik deyilik. Eyni zamanda, Sayt ilə üçüncü tərəfin saytı arasında əlaqənin mövcudluğu heç bir halda Şirkətin sözügedən saytın məzmununu təsdiq etməsi və xüsusilə də, ondan istifadəni təşviq etməsi anlamına gəlmir.

Həmçinin, siz Sayt ilə bağlı hər hansı yoluxma, xüsusilə bir və ya bir neçə kompüter virusları, “Troya atları” və ya bu kimi digər “parazitlərin” keçməsinin qarşısının alınması üçün zəruri ehtiyat tədbirlərinin həyata keçirilməsi üçün məsuliyyət daşıyırsınız.

Kənar saytlar Sayt ilə hiper-mətn linklərinə malik ola bilər. Bu cür linklər Şirkətin öncədən razılığı olmadan yaradıla bilməz. İstənilən halda Sanofi bu cür saytlara giriş imkanının olmaması üçün heç bir məsuliyyət daşımır və onları nəzərdən keçirmir, yoxlamır və ya təsdiq etmir və bu 55 saytlarda və ya onlar vasitəsilə yerləşdirilən məzmunlar, reklam, məhsullar və ya digər komponentlər üçün heç bir cavabdehlik daşımır.

4.1 Sanofi, Sizin tərəfinizdən bu Saytda əks əlaqə forması və ya elektron poçt vasitəsilə verilən şəxsi məlumatlarınızı üçüncü tərəfə açıqlamayacaqdır Bu məlumatlar yalnız Sizə daha effektiv və dolğun cavabın verilməsi üçün istifadə olunacaq.

Əks əlaqə formasını və bu Saytda qeyd edilən poçt ünvanını istifadə etməklə, Siz, müvafiq kommunikasiya vasitələri ilə sizin tərəfinizdən təqdim edilən şəxsi məlumatları formada göstərilən həcm və şərtlərlə emal etmək razılığınızı verirsiniz.

Fərdi məlumatlar” haqqında Azərbaycan Respublikasının Qanununa (“Qanun”) əsasən Sizin aşağıdakı hüquqlarınız var:

1) informasiya sistemində sizin barənizdə fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;

2) informasiya sistemində sizin barənizdə fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin sizin üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;

3) informasiya sistemində sizin barənizdə toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;

4) informasiya sistemində sizin barənizdə fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, sizin fərdi məlumatlarınız ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;

5) informasiya sistemində sizin barənizdə toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;

6) sizin barənizdə fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;

7) informasiya sistemində sizin barənizdə toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;

8) informasiya sistemində sizin barənizdə toplanılmış və işlənilən fərdi məlumatların mühafizəsini tələb etmək;

9) sizin barənizdə toplanılan və işlənilən fərdi məlumatların olduğu informasiya sistemlərinin uyğunluq sertifikatının mövcudluğu və dövlət ekspertizasından keçirilməsi haqqında məlumat almaq;

10) qanunvericiliklə müəyyən olunmuş qaydada sizin barənizdə olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək;

11) informasiya texnologiyaları vasitəsilə fərdi məlumatların toplanılması və işlənilməsi nəticəsində qəbul olunan qərar sizin mənafeyinizi pozduğu halda, qanunvericiliklə müəyyən olunmuş qaydada, bu məlumatların göstərilən üsulla toplanılmasına və işlənilməsinə etiraz etmək;

12) sizin barənizdə fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi, mühafizəsinin təmin edilməməsi, habelə Qanunun tələblərinə əməl olunmaması nəticəsində hüquqlarınızın pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə sizə vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək;

13) Qanun və Azərbaycan Respublikasının başqa normativ hüquqi aktları ilə müəyyən edilmiş digər hüquqlardan istifadə etmək.

Müvafiq sorğuları Siz Saytda əksəlaqə formalarını doldurmaqla Sanofinin ünvanına və ya aşağıdakı poçt ünvanına göndərə bilərsiniz:

Sanofi-Aventis Group şirkətinin Azərbaycandakı nümayəndəliyi
C.Cabbarlı küç., 44
Caspian Plaza Biznes Mərkəzi,
AZ1065, Bakı, Azərbaycan

4.2 Vebsayt şəxsi məlumatlar istisna olmaqla sizdən hər hansı məxfi məlumatların əldə edilməsi məqsədilə yaradılmayıb. Nəticə etibarilə, sizin şəxsi məlumatlarınız istisna təşkil etməklə, formasından asılı olmayaraq hər hansı informasiya, eləcə də sənəd, məlumat, qrafik təsvirlər, sual, təklif, fikir, rəy və ya Vebsayt vasitəsilə təqdim etdiyiniz digər hər hansı formada informasiyaya heç bir halda məxfi informasiya kimi davranılmayacaqdır. Beləliklə, bu cür informasiyanın təqdim edilməsi faktı “Sanofi” şirkətinə onları sizin sorğunuz üzərində işləmək məqsədilə istifadə etmək, təkrar istehsal etmək, nəşr etmək, dəyişdirmək və s. bu kimi əməliyyatlar həyata keçirmək və ya sizin sorğuların nəzərdən keçirilməsi məqsədilə hər hansı digər üçüncü tərəfə göndərmək hüququ verir.

Sanofi Saytda yerləşdirilən informasiyanın dəqiqliyini və düzgünlüyünü təmin etmək üçün bütün imkanlardan istifadə edəcəkdir. Sanofi əvvəlcədən razılıq olmadan istənilən an məzmuna dəyişiklik etmək hüququnu özündə saxlayır.

Bunu nəzərə alaraq, Sanofi aşağıdakılar ilə bağlı hər hansı məsuliyyətdən azaddır:

  • Saytda mövcud olan informasiya ilə əlaqəli yanlışlıq, xəta və ya buraxılışlar;
  • Üçüncü tərəfin Saytda olan informasiyanın və ya elementlərin dəyişdirilməsi ilə nəticələnən fırıldaqçı xarakterli müdaxiləsi nəticəsində yaranan hər hansı zərər;
  • Və daha geniş mənada, xarakterindən, mənşəyindən və fəsadlarından asılı olmayaraq Şirkət müvafiq zərər və ya itkilərin baş verə bilməsi ehtimalı barədə xəbərdar edilsə belə hər hansı aşağıdakı səbəblərdən əmlaka zərərin dəyməsi və ya nəticə etibarilə əmlakın itirilməsi: (i) Sayta hər hansı çıxış imkanının mümkün olması və ya olmaması, (ii) Saytdan istifadə edilməsi, o cümlədən sizin kompüterə və ya hər hansı digər əmlaka hər hansı virusun keçməsi və ya ziyanın dəyməsi və / və ya (iii) Saytdan birbaşa və ya dolayısı ilə gələn hər hansı informasiyaya etibar edilməsi.

Saytın və ya digər hər hansı internet səhifəsinin komponentləri aşkar və ya gizli xarakterindən asılı olmayaraq təminat verilmədən “olduğu kimi” formatında göstərilir. Sanofi bazar dəyəri və ya hər hansı məqsədə uyğunluğu ilə əlaqədar heç bir məhdudiyyət qoymadan hər hansı aşkar və ya gizli təminat təklif etmir.

Siz aşağıdakıları qəbul edirsiniz: (i) Saytda hər hansı qüsurun olmamasını təmin etmək texniki baxımdan qeyri-mümkündür və Şirkət bu barədə üzərinə öhdəlik götürə bilməz; (ii) qüsurlar Saytın müvəqqəti olaraq işləməməsinə gətirib çıxara bilər; və (iii) məsələn, sizin və Sanofi arasında və Sanofi ilə digər şəbəkələr arasında kommunikasiya və ötürmə vasitələri kimi Sanofinin nəzarət edə bilmədiyi hadisələr və/və ya məsələlər Saytın fəaliyyətinə təsir edə bilər.

Sanofi və/və ya onun təchizatçıları istənilən an texniki xidmət işlərinin aparılması və/və ya Saytın təkmilləşdirilməsi və/və ya ona dəyişikliklərin edilməsi məqsədilə Saytı tam şəkildə və ya onun müəyyən hissələrini müvəqqəti və ya daimi olaraq dəyişə və ya dayandıra bilər. Sanofi Saytda hər hansı dəyişikliyin edilməsi, onun dayandırılması və ya kəsilməsi üçün heç bir məsuliyyət daşımır.

Sayta daxil edilən və orada yerləşdirilən informasiya “Sanofi” Şirkətlər Qrupunun müəyyən ölkələrdə və ya regionlarda bəyan edilməyən və ya mövcud olmayan və ya fərqli ad altında təchiz edilə bilən və ölkədən asılı olaraq fərqli istifadə qaydalarının və şərtlərin şamil edildiyi məhsullarına, proqramlarına və xidmətlərinə birbaşa və ya dolayı istinadları əhatə edə bilər. Bu cür istinadlar “Sanofi” Şirkətlər Qrupunun bu məhsulları, proqramları və ya xidmətləri sizin ölkənizdə satmaq istəməsi anlamına gəlmir. Sizin üçün mövcud olan məhsullar, proqramlar və xidmətlər barədə hər hansı məlumat almaq üçün Sanofi şirkətinə müraciət etməniz xahiş olunur.

Sayt və onun məzmunu Ukraynanın qanunları ilə tənzimlənir və onunla bağlı yaranan hər hansı mübahisələr Ukraynanın məhkəmə yurisdiksiyasında həll edilir.

9.1 Saytın naşiri:

Sanofi-Aventis Group şirkətinin Azərbaycandakı nümayəndəliyi
C.Cabbarlı küç., 44
Caspian Plaza Biznes Mərkəzi,
AZ1065, Bakı, Azərbaycan