Böyüklər üçün "uşaq olmaq" şən və oynaq olmaq deməkdir. Lakin, müasir həyat öz ritmini diktə edir və bundan əziyyət çəkən həm böyüklər, həm də uşaqlardır. Təhsil, yoxlamalar və imtahanlar, fiziki yüklənmələr və əlavə məşğələlər, valideynlər və həmyaşıdları ilə münaqişələr uşağın emosional gərginliyinə səbəb olur. Daxili ehtiyatlar tükənərək maqnezium çatışmazlığı yaranır və nəticədə uşağın həyatında stress meydana çıxır. Həmçinin, sübut edilmişdir ki, maqnezium çatışmazlığı zamanı stress hətta xarici qıcıqlar olmadan inkişaf edir.
Tiklər, qıcolmalar və əzələ ağrısı - orqanizmdə mineralların (kalium, kalsium və xüsusilə də maqnezium) qeyri-tarazlığı olan uşaqlar arasında tez-tez rast gəlinən simptomlardır. Maqnezium çatışmazlığı nəticəsində inkişaf edən qıcolmalar günün ikinci yarısında güclənərək yuxunun pozulmasına səbəb ola bilər. Əksər gənc idmançılar tiklər və əzələlərdə ağrılardan yanaşı baş ağrılardan da şikayət edir (xüsusilə də gərgin məşğələlərdən sonra). Valideynlər bu problemin səbəbini fiziki yüklənmələrdə axtarır, lakin səbəb o dərəcədə də aşkar olmayan maqnezium çatışmazlığıdır.
Maqnezium - sinir sisteminin təbii stabilizatorudur
Maqnezium orqanizmdə istehsal olunmur. Maqnezium qida və ya vitamin-mineral komplekslər ilə mənimsənilir.
Böyüklər üçün "uşaq olmaq" şən və oynaq olmaq deməkdir. Lakin, müasir həyat öz ritmini diktə edir və bundan əziyyət çəkən həm böyüklər, həm də uşaqlardır. Təhsil, yoxlamalar və imtahanlar, fiziki yüklənmələr və əlavə məşğələlər, valideynlər və həmyaşıdları ilə münaqişələr uşağın emosional gərginliyinə səbəb olur. Daxili ehtiyatlar tükənərək maqnezium çatışmazlığı yaranır və nəticədə uşağın həyatında stress meydana çıxır. Həmçinin, sübut edilmişdir ki, maqnezium çatışmazlığı zamanı stress hətta xarici qıcıqlar olmadan inkişaf edir.
Maqneziumun əsas funksiyalarından biri - sinir sisteminin müdafiəsidir. Stress zamanı uşaq orqanizminin maqneziuma olan tələbatı artır, maqneziumun isə daimi çatışmazlığı zamanı stress hətta xarici qıcıqıar olmadan yaranır
Maqnezium sinir sisteminin NMDA-reseptorlarını stabilizə edərək onları həddən artıq qıcıqlanmadan qoruyur. Beləliklə, stress hormonlarının (adrenalin və kortizolun) sintezi dayandırılır və həyəcan hissi və depressiya aradan qaldırılır
Maqnezium ionları enerjinin azad olmasını təmin edir, məhz bu səbəbdən maqneziumun orqanizmdə baş verən bütün energetik proseslərdə iştirak etməsi vacibdir. Bizim yaxşı əhvalruhiyyəmiz çox vaxt maddələr mübadiləsindən asılıdır, maqnezium çatışmazlığı isə daimi yorğunluq və zəiflik hissi ilə özünü büruzə verə bilər ki, bu da öz növbəsində ümumiyyətlə həyat keyfiyyətinə təsir edə bilər.
Maqnezium çatışmazlığının tənzimlənməsi uşaqlarda gecə yuxusunu normallaşdıran melatonin hormonunun hasilatının bərpasına səbəb olur.
Maqnezium orqanizmdə istehsal olunmur. Maqnezium qida və ya vitamin-mineral komplekslər ilə mənimsənilir. Qoz, badam və həmçinin, kəpək və lobya maqnezium ilə ən zəngin qida məhsulları hesab edilir. Lakin, onu da nəzərə almaq lazımdır ki, əksər kənd təsərrüfatı bitkiləri gübrənin istifadəsi ilə becərilir və nəticədə qida məhsullarının tərkibində maqneziumun miqdarı azalır.
Həmçinin, məhsulların emalı zamanı onların tərkibindəki maqneziumun səviyyəsi nəzərəçarpan dərəcədə azalır. Məsələn, çörək və makaron məmulatlarının tərkibində taxıl ilə müqayisədə 80-95% daha az maqnezium vardır; qarğıdalı konservləşdirmə zamanı 60% maqnezium itirir, qarğıdalı unu isə - 71%. Məsələn, yeniyetmə uşağın maqneziumun gündəlik normasını (400 mq) təmin etmək üçün 287 qr/gün cilalanmamış (quru), 703 qr/gün isə cilalanmış düyünün istifadəsi gərəkdir. Bu səbəbdən maqneziumun alternativ mənbələrinin istifadəsi məsləhət görülür.
Bundan əlavə, maqneziumun orqanizmdə saxlanılması üçün müəyyən "fiksator" lazımdır ki, o da В6 vitamini ola bilər.
Maqneziumun orqanik duzundan (orqanik duz qeyri-orqanik duzlardan fərqli olaraq daha yaxşı mənimsənilir) və B6 vitaminindən ibarət olan MAQNE-B6® preparatı məhz bu məqsəd ilə istehsal olunub.